...

Əli Əsədov İstanbuldakı zəlzələlərlə bağlı Cevdet Yılmaza zəng etdi

Siyasət Materials 23 Aprel 2025 19:47 (UTC +04:00)
Əli Əsədov İstanbuldakı zəlzələlərlə bağlı Cevdet Yılmaza zəng etdi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 23-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub.

Trend xəbər verir ki,bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı əsnasında İstanbul şəhərində baş vermiş silsilə zəlzələ ilə bağlı narahatlıq ifadə olunub, Azərbaycanın hər zaman olduğu kimi bu çətin məqamda da qardaş Türkiyənin yanında olduğu bildirilib.

Hazırda Türkiyənin aidiyyəti qurumları tərəfindən bölgədə qiymətləndirmə, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində aparılan tədbirlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti