...

Televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyuldu

Siyasət Materials 25 Aprel 2025 17:20 (UTC +04:00)
Televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyuldu
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilib.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sənəddə əksini tapıb.

Sənədə edilən əlvəyə əsasən, dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verir.

Azərbaycan Respublikasının dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınır.

Dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları praym-taym zamanı yayımladıqları informasiya xarakterli proqramlarının Azərbaycan işarət dilinin tərcüməsi ilə müşayiət olunmasını təmin edirlər.

Azərbaycan işarət dilinin tərcüməsini müvafiq təhsilə və ixtisasa malik olan şəxslər həyata keçirirlər.

Dövlət tərəfindən audiovizual əsərlərin subtitrləşdirilməsi təşviq edilir.

Xəbər lenti

Xəbər lenti