Tirana. Trend:
Ukraynada silahların susması və barış zəminin hazırlanması üçün kritik dönəmdəyik.
Trend xəbər verir ki, bunu Albaniyada «Avropa Siyasi Birliyi»nin 6-cı Zirvə toplantısı çərçivəsində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, keçmişdə olduğu kimi, bu gün də hərtərəfli atəşkəsin ön planda olmasını, problemin həlli istiqamətində səylərin hər birinə töhfə veririk:
"Prosesin həssaslığına görə ədalətli və davamlı sülhün əldə olunmasında tərəflərin həvəsləndirilməsi vacibdir. Tramp, Putin və Zelenski ilə ayrı ayrılıqda görüşlərimiz oldu."
Ərdoğan qeyd edib ki, 2022-ci ilin martından indiyə qədər ilk dəfə tərəflər arasında axan qanı dayandırmaq üçün önəmli bir fürsət yarandı.
"Hazırda İstanbulda Xarici İşlər Nazirinin rəyasətində görüşlər Rusiya, Ukrayna və Türkiyə arasında davam edir. Bunun həba edilməməli olduğuna inanıram. Nəticədə barışın sürətli təmini istiqamətində Ukrayna və Rusiya arasında dialoqun aktiv qalması üçün buradakı bütün ortaqlarımızın dəstəyinə güvənirik. Hər zaman ifadə etdiyim kimi, ədalətli sülhün uduzanı olmayacaq. Türkiyə bu prosesdə üzərinə düşəni etməyə davam edəcək", - deyə Türkiyə Prezidenti əlavə edib.