Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp mayın 19-da Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq.
Trend xəbər verir ki, bu barədə Tramp sosial media hesabındakı paylaşımında bildirib.
Tramp Ukraynada atəşkəsə ümid etdiyini vurğulayaraq, Putindən sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edəcəyini qeyd edib.