...

Azərbaycanda “Araz – 2025” birgə təlimi keçirilir (FOTO/VİDEO)

Siyasət Materials 18 May 2025 11:18 (UTC +04:00)
Azərbaycanda “Araz – 2025” birgə təlimi keçirilir (FOTO/VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda keçiriləcək “Araz-2025” birgə hərbi təliminə İran İslam Respublikasından cəlb olunmuş heyətin rəhbəri və digər iştirakçılar ölkəmizə səfər ediblər.

Trend xəbər verir ki, hər iki ölkənin təlim rəhbərləri və yüksək səviyyəli nümayəndələri arasında görüş keçirilib.

Görüşdə təlimin məqsədi, ssenarisi, keçiriləcəyi ərazi, hazırlıq prosesi, təhlükəsizlik qaydaları və müxtəlif mərhələlər üzrə yerinə yetiriləcək tapşırıqlar barədə ətraflı brifinq təqdim olunub.

Qeyd edilir ki, “Araz-2025” birgə təlimi işğaldan azad edilmiş ərazilərdə mayın 21-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti