Bakı. Trend:
Mayın 19-da Londonda "Lankaster-xaus" malikanəsində ilk Böyük Britaniya-Avropa İttifaqı sammiti keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə Britaniya hökuməti xəbər verib.
Məlumata əsasən, yüksək səviyyəli görüş tərəflər arasında müdafiə və ticarət sahələrində əməkdaşlığı gücləndirmək və "Brexit"dən sonra London və Brüssel arasında münasibətlərin tarixində yeni səhifə açmaq məqsədi daşıyır.
Tədbirdə Avropa İttifaqı (Aİ) Aİ Şurasının sədri Antonio Kosta, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Aİ diplomatik xidmətinin rəhbəri Kaya Kallas və ticarət siyasəti və iqtisadi təhlükəsizlik üzrə Avropa komissarı Maroş Şefçoviç təmsil olunacaq. Sammitin yekununda Böyük Britaniya və Aİ arasında hərbi sahədə əməkdaşlığın gücləndirilməsinə dair razılaşmanın əldə olunacağı gözlənilir.