Bakı. Trend:
Azərbaycanla tezliklə sülh sazişinin bağlanacağına ümid edirik.
Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Rusiyalı həmkarı Sergey Lavrovla jurnalistlər üçün keçirdiyi birgə brifinqdə bildirib.
Qeyd edək ki, bu gün Rusiyanın XİN rəhbəri Sergey Lavrov Ermənistanın paytaxtı İrəvana rəsmi səfər edib. Onun bundan sonra Ermənistanın baş naziri və prezidenti ilə görüşəcəyi gözlənilir.