...

Dini ayrı-seçkilik nəticəsində cəmiyyətlərin sosial rifahı, demokratiya və beynəlxalq stabilliyə təhlükə yaranır - Mehmet Paçacı

Siyasət Materials 26 May 2025 13:20 (UTC +04:00)
Dini ayrı-seçkilik nəticəsində cəmiyyətlərin sosial rifahı, demokratiya və beynəlxalq stabilliyə təhlükə yaranır - Mehmet Paçacı
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İslamofobiyanın irqçiliklə necə bağlı olması sənədləşdirilib. Açıq şəkildə deyə bilərik ki, müsəlman qadın hicab taxırsa, o, ciddi şəkildə dini ayrı-seçkiliyə məruz qalır.

Trend xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının İslamofobiya ilə Mübarizə üzrə Baş Katibinin xüsusi elçisi Mehmet Paçacı "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda baş tutan konfrans çərçivəsində “Siyasətdə Müsəlmanlara qarşı nifrət: Hüquqi çərçivələr və yenilik strategiyası" adlı panel müzakirədə deyib.

O bildirib ki, bu hadisələr nəticəsində cəmiyyətlərin sosial rifahına, demokratiya və beynəlxalq stabilliyə təhlükə yaranır:

“İslamofobiyanın aradan qaldırılması üçün kompleks və hüquqi tədbirlər görülməlidir. İslam Əməkdaşlıq Təşkilatı dövlətlərə müraciət edərək bildirir ki, dini nifrət çıxışlarına qarşı birlikdə addımlar atılmalıdır.

İslamofobiyanın sistematik şəkildə aradan qaldırılması üçün monitorinq qurumu yaratmışıq. Biz bu cür missiyalarda xüsusi bəyanatlar da qəbul edirik. İƏT digər beynəlxalq təşkilatlarla da birlikdə çalışır ki, islamofobiyanın qarşısını ala bilsin”.

Xəbər lenti

Xəbər lenti