...

Əfv sərəncamı Prezident İlham Əliyevin növbəti böyük humanist addımıdır - Deputat

Siyasət Materials 27 May 2025 10:29 (UTC +04:00)
Əfv sərəncamı Prezident İlham Əliyevin növbəti böyük humanist addımıdır - Deputat
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan növbəti Əfv Sərəncamı humanizm prinsiplərinə sadiqliyin növbəti təzahürüdür. Dövlət başçısı Azərbaycanda vətəndaş həmrəyliyini, humanizmi, insana diqqət və qayğını daim diqqətdə saxlayır və bu əfv sərəncamı da bu humanizm siyasətinin davamıdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, bu çox böyük bir humanist addımdır və xalqımızın əziz Müstəqillik bayramı ərəfəsində çox sayda ailənin böyük sevincinə səbəb oldu.

“Bu əfv sərəncamı xeyli sayda insanı əhatə edir və ölkə həyatında çox mühüm hadisədir. Əfv sərəncamı milli həmrəyliyin gücləndirilməsi istiqamətində atılmış ardıcıl addımların davamıdır və eyni zamanda bu sərəncamın bir tərbiyəvi əhəmiyyəti də var ki, kim öz cinayət əməlini dərk edirsə, peşmançılıq hissi keçirirsə, bağışlanır.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad edilib.

Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilib”, - deyə deputat bildirib.

A.Həsənova vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev humanizm prinsiplərinə əsaslanaraq, məhkum edilmiş şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alıb.

“Bu srəncam bir daha göstərir ki, vətəndaş amili dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində dayanır. Əfv edilən şəxslər bu humanist aktdan düzgün nəticə çıxarmalı, bundan sonra Azərbaycan dövlətinin qanunlarına əməl etməlidirlər”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti