...

Ərdoğan Laçında “Azərbaycan” şeirini deyib

Siyasət Materials 28 May 2025 17:05 (UTC +04:00)
Ərdoğan Laçında “Azərbaycan” şeirini deyib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Laçın. Trend:

Bu gün Laçında Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilən 28 May - Müstəqillik Gününə həsr olunan konsertdən əvvəl çıxışı zamanı Rəcəb Tayyib Ərdoğan Xalq şairi Səməd Vurğunun “Azərbaycan şeirindən parça səsləndirib.

Trend-in Laçına ezam olunan əməkdaşı xəbər verir ki, Ərdoğan şeiri səsləndirmədən qabaq çıxışında bildirib ki, biz həmişə Azərbaycanın yanında olacağıq.

"Rəbbim Azərbaycan-Türkiyə qardaşlığını daim etsin!", - Ərdoğan deyib.

O, Səməd Vurğunun Azərbaycan haqda yazdığı şeiri belə səsləndirib:

"El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana:
Hankı səmtə, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!

Obamız, elimiz Azərbaycanla münasibətləri gücləndirərək davam etdirəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti