Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
"Prezident İlham Əliyevi və qardaş Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Sizin ənənələrinizin gücü, ləyaqətiniz, birliyiniz və ölkəni qurmuş, onun müstəqilliyini qorumuş nəsillərə dərin ehtiramınız həqiqətən ilhamvericidir. Ukrayna daim sizinlədir.
Azərbaycana sülh, davamlı inkişaf və rifah arzulayıram."