Bakı.Trend:
Ermənistanın bu dəfə Xəznəvar istiqamətində guya Azərbaycan tərəfindən mülki obyektlərin atəşə tutulması barədə yaydığı məlumat, son aylarda artan dezinformasiya zəncirinin növbəti halqasıdır.
Bunu Trend-ə açıqlamasında Siyasi şərhçi, BAMF-ın vitse prezidenti Siyasi şərhçi, Oğuz Mirzəyev deyib.
Onun sözlərinə görə, bu iddialar real vəziyyəti əks etdirmir və daha çox daxili auditoriyaya, eləcə də beynəlxalq ictimaiyyətə yönəlmiş siyasi manipulyasiya cəhdidir:
“Məlumatların mənbəyinə, təqdimat formasına və zamanlamasına baxdıqda məqsədin qarşıdurma görüntüsü yaratmaq olduğu aydın sezilir. Rəsmi Bakının ardıcıl və şəffaf davranışı fonunda belə informasiyaların inandırıcılığı getdikcə azalır. Əgər məqsəd sülh prosesini pozmaqdırsa, bu kimi üsulların uzunmüddətli nəticə verməyəcəyi artıq bəllidir”.