...

Qarabağ zəfərini də ayrıca bir kitab ilə bütün dünyaya çatdırdıq - Anadolu Agentliyinin baş direktoru

Siyasət Materials 30 May 2025 12:06 (UTC +04:00)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Naxçıvan.Trend:

“Bir millət, iki dövlət – Türkiyə və Azərbaycan” olaraq hər zaman birlik və bərabərlik içərisində olduq. Bu gün Azərbaycan milli mətbuatı 150 yaşındadır. Anadolu Agentliyi olaraq türk xəbər agentlikləri birliyinin üzvü kimi qardaş agentlik olan AZƏRTAC-la əməkdaşlıq edərək fəaliyyətimizə davam edirik.

Trend xəbər verir ki, bunu Naxçıvanda keçirilən “MEDİAFEST-2025” tədbirinə ünvanladığı videotəbrikdə Anadolu Agentliyinin baş direktoru Serdar Karagöz bildirib.

O həmçinin deyib: “Azərbaycanın möhtəşəm qələbəsini – Qarabağ zəfərini də ayrıca bir kitab ilə bütün dünyaya çatdırdıq. Bu kitab qardaş ölkənin haqlı mübarizəsinin və zəfərinin bütün dünyada eşidilməsinə öz töhfəsini verdi. Mən Anadolu Agentliyi adından Azərbaycan milli mətbuatının 150-ci ildönümünü bir daha ürəkdən təbrik edirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti