...

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun sayı artırılıb - FƏRMAN

Siyasət Materials 11 İyun 2025 15:42 (UTC +04:00)
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun sayı artırılıb - FƏRMAN
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun sayı artırılıb.

Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Komissiya tərəfindən qəbul edilmiş qərarları yerinə yetirmək, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə əlaqədar tədbirlərin bilavasitə həyata keçirilməsini təmin etmək məqsədilə Komissiyanın 15 nəfərdən ibarət İşçi qrupu daimi fəaliyyət göstərəcək.

Bu vaxta qədər İşçi qrup 8 nəfərdən ibarət olub.

Azərbaycan Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti