...

Azərbaycanın etnik azərbaycanlıları İrana agent kimi yerləşdirməsi iddiaları absurddur - Hikmət Hacıyev

Siyasət Materials 13 İyun 2025 20:16 (UTC +04:00)
Azərbaycanın etnik azərbaycanlıları İrana agent kimi yerləşdirməsi iddiaları absurddur - Hikmət Hacıyev
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Son zamanlar bəzi media qurumlarında və sosial media platformalarında Azərbaycanla bağlı tamamilə əsassız və uydurma məlumatlar yayılır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında paylaşım edib.

“Son zamanlar bəzi media və sosial media hesablarında tamamilə əsassız və uydurma iddialar yayılıb ki, guya Azərbaycan etnik azərbaycanlıları agent kimi cəlb edib və onları İsrail adından İrana yerləşdirir. Bu cür absurd və fantaziyaya əsaslanan iddiaların reallıqla heç bir əlaqəsi yoxdur və qəsdən dezinformasiyadan başqa bir şey deyil. Bu cür saxta xəbərləri və əsassız ittihamları qəti şəkildə rədd edirik”, - paylaşımda qeyd edilib.

Xəbər lenti

Xəbər lenti