Xankəndi. Trend:
İqtisadi Əməkdaşlıq Təşkilatının daha güclü və daha effektiv olmasına ehtiyac var.
Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşdə çıxışında qeyd edib.
“Əlbəttə ki, biz ölkələrin potensialını bilirik. Onların bir qismi ikitərəfli tərəfdaşlıq formatını daha fəal, digər qismi isə daha zəif dəstəkləyir”, - deyən dövlətimizin başçısı bildirib ki, Azərbaycan çoxtərəfli tərəfdaşlıq formatını dəstəkləyir. “Düşünürük ki, Azərbaycanın səyləri yüksək dəyərləndiriləcək. İndi Azərbaycan sədr kimi öz öhdəliklərini yerinə yetirir. Əminəm ki, bu iş də uğurlu nəticə verəcəkdir”, - deyə Prezident əlavə edib.