Xankəndi. Trend:
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik. Bu, bizim gündəliyimizdə dayanan əsas prioritetlərdən biridir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşündə bildirib.
“COP29-un sədri kimi mən bəyan etdim ki, bizim inkişaf edən kiçik ada dövlətləri ilə xüsusi əməkdaşlıq formatımız olacaq, çünki yaranmış təhlükə onlar üçün ekzistensional xarakter daşıyır. Biz bunu bilirik, çünki onların mövcudluğu, ümumiyyətlə, dünya okeanının səviyyəsindən asılıdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.