...

Azərbaycan və Ermənistan sərhədi ayrı-ayrı saziş - sülh müqaviləsi layihəsi əsasında delimitasiya edəcək

Siyasət Materials 11 Avqust 2025 17:00 (UTC +04:00)
Azərbaycan və Ermənistan sərhədi ayrı-ayrı saziş - sülh müqaviləsi layihəsi əsasında delimitasiya edəcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ermənistan sərhədi ayrı-ayrı saziş - sülh müqaviləsi layihəsi əsasında delimitasiya edəcək.

Trend xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı Azərbaycan və Ermənistan arasında sülh sazişinin tam mətnində əksini tapıb.

"Tərəflər, hazırkı Sazişin I Maddəsindən irəli gələn öhdəliklərinə tam uyğun olaraq, onlar arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası haqqında Sazişin bağlanması məqsədilə müvafiq sərhəd komissiyaları arasında bu Komissiyaların razılaşdırılmış əsasnamələri əsasında vicdanla danışıqlar aparacaqlar", - sənəddə deyilir.

Xəbər lenti

Xəbər lenti