...

Azərbaycan XİN Pakistana başsağlığı verib

Siyasət Materials 11 Noyabr 2025 20:32 (UTC +04:00)
Azərbaycan XİN Pakistana başsağlığı verib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanın İslamabad və Vana şəhərlərində baş verən, çoxsaylı insan ölümü və yaralanması ilə nəticələnən terror aktları xəbəri Azərbaycanı dərin kədərləndirib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunur: “Həlak olanların ailələrinə, eləcə də qardaş Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısına tezliklə şəfa diləyirik.”

Azərbaycan Xarici İşlər Nazirliyi vurğulayıb ki, Azərbaycan terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizədə Pakistanla tam həmrəydir.

Xəbər lenti

Xəbər lenti