Bakı. Trend:
Türkiyənin COP31-i qazanmasında Azərbaycan vasitəçilik edib.
Trend xəbər
verir ki, bunu bu gün xarici işlər nazirinin müavini, COP29
Azərbaycan üzrə baş danışıqçı Yalçın Rəfiyev ADA Universitetində
keçirilən “Yaşıl enerji və dayanıqlılıqda universitetlərin rolu”
mövzusunda beynəlxalq konfrans zamanı jurnalistlərə açıqlamasında
deyib.
Nazir müavini qeyd edib ki, Türkiyənin COP31- ev sahibliyi regionda
Azərbaycandan sonra ətraf və ekoloji məsələlərə diqqətin artmasına
açıq olacaq:
"Azərbaycan Türkiyə tərəfinəöz dəstəyini təqdim edib. Türkiyə tərəfi də bunda maraqlıdır və yaxın zamanlarda Azərbaycan nümayəndə heyətinin qəbulu planlaşdırıb".
