Bakı. Trend:
Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə, nazirliyin Protokol idarəsinin baş direktoru Əli Əkbər Nəzəri və Avrasiya idarəsinin baş direktoru Mənuçehr Muradi ilə görüşüb.
Səfirlikdən Trend-ə verilən məlumata görə, ölkəmizin Təbrizdəki yeni baş konsulu Taleh Zöhrabov onlara təqdim edilib. Görüşdə, həmçinin ikitərəfli əlaqələrə və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.
Vurğulanıb ki, Taleh Zöhrabov konsul patentini Əli Əkbər Nəzəriyə təqdim edib.
