...

Bu görüş TDT-də hərbi və mülki xəritəçəkmə sahələrində əməkdaşlığı daha da gücləndirəcək - Baş katibin müavini

Siyasət Materials 3 Dekabr 2025 11:28 (UTC +04:00)
Bu görüş TDT-də hərbi və mülki xəritəçəkmə sahələrində əməkdaşlığı daha da gücləndirəcək - Baş katibin müavini
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il biz çox uğurlu ilk görüşümüzü keçirdik və Kartoqrafiya İnstitutlarının rəhbərlərinin görüşü Ankarada təşkil olundu. Bununla da biz bu görüşlərin platformasını formalaşdırdıq.

Trend xəbər verir ki, bunu bu gün Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Merey Mukajan Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin xəritəçilik qurumları rəhbərlərinin ikinci iclasında çıxışı zamanı deyib.

O xatırladıb ki, son müddət ərzində Kartoqrafiya İnstitutunun nümayəndələri ekspert səviyyəsində görüşlər keçirib və OTS xəritəsi — Türk Dövlətlərinin xəritəsi hazırlanıb:

“Artıq zaman yetişib və indi türk dövlətləri öz ortaq xəritələrini hazırlayır. Bu görüşün nəticələrinin hərbi və mülki xəritəçəkmə sahələrində əməkdaşlığı daha da gücləndirəcəyinə əminəm”.

Baş katibin müavini vurğulayıb ki, Türk dövlətləri elmə, riyaziyyata, fizika və astronomiyaya, eləcə də kartoqrafiyaya çox böyük töhfələr verib:

“Kartoqrafiya sayəsində türk dövlətlərində mühüm məlumatlar toplanıb, tarix boyunca əhəmiyyətli əsərlər yaradılıb. Bu xəritələr dünya xəritəçiliyinin ən qədim nümunələrindən sayılır”.

Merey Mukajan qeyd edib ki, bugünkü görüş türk dövlətləri arasında tarixi bir mərhələ kimi yadda qalacaq və gələcəkdə bu sahədə mühüm əməkdaşlıq təşəbbüslərinin əsasını qoyacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti