...

Azərbaycan və İrlandiya nazirləri siyasi dialoqun gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar (FOTO)

Siyasət Materials 4 Dekabr 2025 20:10 (UTC +04:00)
Azərbaycan və İrlandiya nazirləri siyasi dialoqun gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in 32-ci Nazirlər Şurası iclası çərçivəsində İrlandiyanın Avropa məsələləri və müdafiə üzrə dövlət naziri Tomas Byrne ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Tərəflər 2026-cı ildə diplomatik münasibətlərin 30 illiyi ərəfəsində iki ölkə arasında əməkdaşlığında müşahidə olunan müsbət dinamikanı müzakirə edib, siyasi dialoqun gücləndirilməsi, ticarət, investisiya, innovasiya və humanitar əməkdaşlıq üçün imkanların araşdırılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Regional proseslər və Azərbaycanın sülh gündəmi də müzakirə olunub

Xəbər lenti

Xəbər lenti