...

Azərbaycan BMT-nin iki komissiyasına üzv seçilib

Siyasət Materials 11 Dekabr 2025 01:25 (UTC +04:00)
Azərbaycan BMT-nin iki komissiyasına üzv seçilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

10 dekabr 2025-ci il tarixində Nyu-York şəhərində BMT-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BMT-nin Əhali və İnkişaf Komissiyasının (CPD) 2026-2030-cu illər üzrə və Sosial İnkişaf Komissiyasının (CsocD) 2025-2029-cu illər üzrə üzvlüyünə seçilib.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Hər iki komissiya BMT-nin iqtisadi və sosial məsələləri üzrə əsas orqanı olan ECOSOC-un funksional komissiyalarıdır. Hal-hazırda Azərbaycan BMT ECOSOC-un 2025-2027-ci illər üzrə üzvləri sırasındadır.

CPD əhali dinamikası, demoqrafik dəyişikliklər, miqrasiya və urbanizasiya, eləcə də dayanıqlı inkişafla bağlı beynəlxalq yanaşmaların formalaşdırılmasına cavabdehdir. CsocD isə sosial siyasət, sosial müdafiə sistemləri, həssas qrupların hüquqları və rifahın artırılması üzrə fəaliyyət göstərir.

Azərbaycanın BMT Komissiyalarında təmsil olunması ölkəmizin sosial müdafiə islahatları, dövlət xidmətlərinin innovasiyası, yoxsulluğun aradan qaldırılması və əhalinin rifahının yüksəldilməsi sahəsindəki prioritetlərinin beynəlxalq müstəvidə təqdim edilməsinə, həmçinin BMT ilə əməkdaşlıq imkanlarının gücləndirilməsinə şərait yaradacaq.

Xəbər lenti

Xəbər lenti