Bakı. Trend:
Milli Məclis Azərbaycanla Ruanda arasında hava əlaqəsi haqqında Sazişi təsdiq edəcək.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin dekabrın 16-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.
Plenar iclasda “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə ediləcək.
