...

2025-ci il Çin–Azərbaycan münasibətləri tarixində ən məhsuldar dövrlərdən biri olub - Lu Mey

Siyasət Materials 25 Dekabr 2025 12:25 (UTC +04:00)
2025-ci il Çin–Azərbaycan münasibətləri tarixində ən məhsuldar dövrlərdən biri olub - Lu Mey
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il Çin–Azərbaycan münasibətləri tarixinin ən məhsuldar dövrlərdən biri olub.

Trend xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey Çin və Azərbaycan arasında ikitərəfli münasibətlərin yekunlarına həsr olunmuş brifinqdə bildirib.

Diplomat çıxışında qeyd edib ki, Çin–Azərbaycan münasibətləri Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında keyfiyyətcə əhəmiyyətli dərəcədə yüksəlib, inkişaf tempi sürətlənib.

“İkitərəfli münasibətlərimiz bütün tarix boyu ən yüksək səviyyəsinə – hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatıb”, – deyə Lu Mey vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti