...

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti təkmilləşdirilir - FƏRMAN

Siyasət Materials 29 Dekabr 2025 15:13 (UTC +04:00)
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti təkmilləşdirilir - FƏRMAN
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti təkmilləşdirilir.

Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərə, habelə bələdiyyələrə qrant verə bilən qurumlar, həmçinin Azərbaycan Gənclər Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməni "bir pəncərə" prinsipi əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirəcəklər.

Eyni zamanda fərmanla "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi" informasiya sistemi yaradılır. Sistemin sahibi və operatoru funksiyalarını QHT-lərə Dövlət Dəstəyi Agentliyi həyata keçirəcək.

Nazirlər Kabineti qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini və sistemin əsasnaməsinin layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti