...

Prezident İlham Əliyev: 2025-ci il Azərbaycan-Amerika münasibətlərinin kontekstində də tarixi il sayıla bilər (VİDEO)

Siyasət Materials 5 Yanvar 2026 21:09 (UTC +04:00)
Prezident İlham Əliyev: 2025-ci il Azərbaycan-Amerika münasibətlərinin kontekstində də tarixi il sayıla bilər (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-Amerika münasibətlərinin kontekstində də 2025-ci il tarixi il sayıla bilər.

Trend xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Amerikadakı anti-Azərbaycan qüvvələrin, erməni lobbisinin fəaliyyəti nəticəsində qəbul olunan 907-ci düzəlişin ABŞ ilə Azərbaycan arasında genişmiqyaslı münasibətlərin qurulmasına imkan vermədiyini qeyd edən dövlətimizin başçısı artıq bu məhdudiyyətin aradan qaldırıldığını vurğulayaraq deyib: “Bunun təbii ki, iki əsas səbəbi var: Birincisi, Azərbaycan-Ermənistan müharibəsinin rəsmən sona çatması, ikincisi, Amerikada Prezident Tramp administrasiyasının hakimiyyətdə olması. Bu administrasiya çox praqmatik, çox peşəkar və Amerikanın milli maraqlarının nə olduğunu çox yaxşı bilən üzvlərdən ibarətdir, Prezident başda olmaq şərti ilə”.

Prezident İlham Əliyev özünün də iştirakı ilə Ağ Evdə keçirilən mərasimdə Prezident Donald Trampın 907-ci düzəlişə son qoymasının rəmzi məna daşıdığını ifadə edib.

Xəbər lenti

Xəbər lenti