...

İspaniya rəsmisi ölkəsinin Azərbaycanla əlaqələrin möhkəmləndirilməsinə bağlılığını bir daha təsdiqləyib

Siyasət Materials 23 Yanvar 2026 14:24 (UTC +04:00)
İspaniya rəsmisi ölkəsinin Azərbaycanla əlaqələrin möhkəmləndirilməsinə bağlılığını bir daha təsdiqləyib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Biz parlamentlərarası əməkdaşlığı yalnız ikitərəfli səviyyədə deyil, həm də beynəlxalq və Avropa forumlarında artırmağın marağındayıq.

Trend xəbər verir ki, bunu İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə keçirdiyi brifinqdə deyib.

Spiker bildirib ki, parlamentlər demokratik dəyərlərin qorunmasında, sülh proseslərinin müşayiətində və xalqlarımız arasında davamlı əlaqələrin qurulmasında açar rol oynayır:

“İnsanların həyatını yaxşılaşdırmaq üçün işlər parlamentlərdə aparılır, cəmiyyətimizi inkişaf etdirmək yolları məhz burada formalaşdırılır. Bu gərginlik və qeyri-sabitlik dövründə bizim əlaqələrimiz mümkün gələcək üçün həlledici ola bilər. Beləliklə, ölkəmiz bu regionda sabitlik, sülh və anlaşmaya, eləcə də Azərbaycan Respublikası ilə əlaqələrin möhkəmləndirilməsinə bağlılığını bir daha təsdiqləyir”.

Xəbər lenti

Xəbər lenti