...

Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək

Siyasət Materials 10 Fevral 2026 21:43 (UTC +04:00)
Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və ABŞ hökumətləri iqtisadi artımı gücləndirmək və ikitərəfli biznes mühitini inkişaf etdirmək üçün əməkdaşlığa başlayır.

Trend xəbər verir ki, bu məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya”da da öz əksini tapıb.

Sənəd çərçivəsində tərəflər AI tərəfdaşlıqlarının inkişafını, rəqəmsal infrastruktur və kosmik sənaye sahəsində layihələri təşviq etməyi planlaşdırırlar. Həmçinin Tədqiqat və İnkişaf (R&D) platformaları, innovasiya körpü proqramları və kibertəhlükəsizlik təşəbbüsləri həyata keçiriləcək. Bu əməkdaşlıq ölkədə texnoloji istedadların inkişafını və transsərhəd rəqəmsal bağlantıların gücləndirilməsini dəstəkləyəcək.

Xəbər lenti

Xəbər lenti