Bakı. Trend:
ABŞ Vitse-prezidenti Cey Di Vens Cənubi Qafqaza səfəri ilə bağlı öz rəsmi “X” səhifəsində paylaşım edib.
Bu barədə Trend məlumat verir.
Məlumatda Vitse-prezidentin bu həftə Azərbaycan və Ermənistana sülh naminə tarixi səfər etdiyi vurğulanır.
“Bu, Amerika Birləşmiş Ştatlarının Prezidentinin yürütdüyü xarici siyasətdə sadiq olduğu məsələlərdəndir... Prezident Tramp bu tərəfdaşlığa sadiqdir və elə mən də. – Vitse-prezident Vens”, - deyə qeyd olunub.
