...

Prezident İlham Əliyev: Serbiya iqtisadi cəhətdən uğurla inkişaf edir

Siyasət Materials 15 Fevral 2026 18:11 (UTC +04:00)
Prezident İlham Əliyev: Serbiya iqtisadi cəhətdən uğurla inkişaf edir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Belqrad. Trend:

Sizin (Prezident Vuçiç – red.) rəhbərliyiniz altında Serbiya uğurla inkişaf edir, həm beynəlxalq müstəvidə böyük hörmət qazanmışdır, eyni zamanda, iqtisadi və sosial sahədə böyük islahatlar aparılmışdır.

Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatında söyləyib.

Dövlətimizin başçısı deyib ki, bunun nəticəsində bu gün Serbiya təbii sərvətləri olmayan bir ölkə olmasına baxmayaraq, iqtisadi cəhətdən uğurla inkişaf edir, öz gücünə arxalanır, heç bir yerdən heç bir yardım almır. Bugünkü şəraitdə, xüsusilə Avropa məkanında yerləşən üçün bu xüsusi amil kimi qiymətləndirilməlidir.

Xəbər lenti

Xəbər lenti