...

DÖVLƏT STATİSTİKA KOMİTƏSİ İNFLYASİYANIN HESABLANMASININ YENİ SİSTEMİNƏ KEÇİR

Siyasət Materials 18 İyul 2005 14:02 (UTC +04:00)
DÖVLƏT STATİSTİKA KOMİTƏSİ İNFLYASİYANIN HESABLANMASININ YENİ SİSTEMİNƏ KEÇİR

2006-cı ilin əvvəlindən başlayaraq Dövlət Statistika Komitəsi inflyasiyaya dair daha dəqiq məlumatlar almağı planlaşdırır. Trend in məlumatına görə, bu barədə iyulun 18-də Dövlət Statistika Komitəsinin rəhbəri Arif Vəliyev məlumat verib. Onun sözlərinə görə, bundan sonra inflyasiya yeni və daha geniş sxem üzrə hesablanacaq.

Bu halda inflyasiyanın hesablanması sistemi 586 növ məhsulun - qida, qeyri-ərzaq məhsullarının, xidmətlərin və s. qiymətlərinin dəyişməsi göstəricilərinə əsaslanacaq. Bu istiqamətdə işlərə artıq başlanılıb.

Cari ilin birinci yarımilində inflyasiyanın göstəricisi 4,8% təşkil edib. İyun ayı ərzində ölkədə defilyasiyanın səviyyəsi 1,8% olub. İnflyasiya 2005-ci ilin yanvar-iyun aylarının nəticələrinə görə 13,5% təşkil edib.

Xəbər lenti

Xəbər lenti