...

AZƏRBAYCAN VƏ YUNESKO ARASINDA QARŞILIQLI ANLAŞMAYA DAİR MEMORANDUM İMZALANIB

Siyasət Materials 24 Avqust 2005 15:17 (UTC +04:00)

Azərbaycan və YUNESKO qarşılıqlı anlaşmaya dair memorandum imzalayıb. Trend in məlumatına görə, sənəd avqustun 24-də Gülüstan sarayında "YUNESKO-Azərbaycan: gələcəyə körpü" beynəlxalq konfransında imzalanıb.

Memorandumu təhsil naziri Misir Mərdanov və YUNESKO-nun baş direktoru Koiçiro Matsuura imzalayıblar. Misir Mərdanovun sözlərinə görə, memorandumda təhsil sisteminin təkmilləşdirilməsi, xüsusilə, dünya standartlarının və yeni mexanizmlərin tətbiqi sahəsində tərəflərin əməkdaşlığı, YUNESKO tərəfindən maddi-texniki yardımın göstərilməsi nəzərdə tutulur.

Konfransda iştirak edən Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoş məramlı səfiri Mehriban Əliyeva konfrans və imzalanmış sənədin Azərbaycan və YUNESKO arasında körpü olacağına ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti