(İRNA) - Azərbaycanın müdafiə naziri Səfər Əbiyev briqada generalı Mostafa Məhəmməd Nəccara İran İslam Respublikasının müdafiə naziri seçilməsi münasibətilə təbrik məktubu göndərib.
Trend in İİR MN-in müdafiə təbliğatı idarəsinin məlumatına istinadən xəbər verdiyinə görə, general-polkovnik Səfər Əbiyev məktubunda İranla Azərbaycan arasında qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin gələcəkdə daha da dərinləşəcəyinə ümid etdiyini bidirib.
"İİR və Azərbaycan arasında müdafiə sahəsində imzalanmış memorandum ikitərəfli əməkdaşlığın gələcəkdə inkişafına zəmin yaradıb. İnanıram ki, İranla Azərbaycan arasında hərbi və müdafiə sahəsində əməkdaşlıq daha da genişlənərək regionda sabitlik və təhlükəsizliyin təmin olunmasına yönələcək", - deyə məktubda qeyd olunur.