...

ATƏT-İN MİNSK QRUPU HƏMSƏDRLƏRİ AZƏRBAYCAN VƏ ERMƏNİSTAN PREZİDENTLƏRİNİN KAZAN DANIŞIQLARINI MÜSBƏT QİYMƏTLƏNDİRİR

Siyasət Materials 1 Sentyabr 2005 19:00 (UTC +04:00)
ATƏT-İN MİNSK QRUPU HƏMSƏDRLƏRİ  AZƏRBAYCAN VƏ ERMƏNİSTAN PREZİDENTLƏRİNİN KAZAN DANIŞIQLARINI MÜSBƏT QİYMƏTLƏNDİRİR

ATƏT-in Minsk qrupu həmsədrləri Kazanda Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən birbaşa danışıqların növbəti raundunu müsbət qiymətləndirir.Bu barədə Trend agentliyinə eksklüziv müsahibəsində ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bildirib.

Diplomat deyib ki, "prezidentlər də görüşü müsbət qiymətləndirib.Onların sözlərinə görə, görüş çox konstruktiv şəraitdə keçib.Həmsədrlərin də fikri belədir". Danışıqlardan sonra münaqişə tərəfləri niyə ətraflı şərh vermədi?- sualına Y.Merzlyakov cavab verib ki, "müzakirənin bütün detallarının məxfi saxlanılacağına dair razılaşma var idi".

Onun fikrincə, danışıqlar prosesinin hazırkı mərhələsi və vəziyyətinə ATƏT-in hazırkı sədri Dmitri Rupelin regiona bu yaxınlarda baş tutacaq səfərində qiymət veriləcək.

Həmsədrlər ATƏT rəhbərinin fikrini öyrənmək və bundan sonra məsləhətləşmələrin xarici işlər nazirləri səviyyəsində sentyabrın sonunda, oktyabrın əvvəlində keçirilə biləcək növbəti raunduna hazırlığa başlamaq niyyətindədir. Dekabradək ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri istisna edilmir.

Y.Merzlyakov sentyabrın ortalarında Nyu-Yorkda BMT-nin sammiti dövründə tərəflərin görüşmək imkanını şübhə altına aldı.

Xəbər lenti

Xəbər lenti