...

DİN BAŞ NARKOTİKLƏRLƏ MÜBARİZƏ İDARƏSİNİN RƏİSİ VƏZİFƏSİNƏ BŞBPİ-NİN QƏRARGAH RƏİSİ HƏZİ ASLANOVUN TƏQDİMATI VERİLİB

Siyasət Materials 7 Sentyabr 2005 19:08 (UTC +04:00)

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Polis Akademiyasının rəisi Rəsul Rəsulovun təqaüdlə əlaqədar vəzifəsindən kənarlaşdırılmasnıdan sonra DİN-də bəzi kadr dəyişiklikləri gözlənilir.

Trend in məlumatına görə, artıq Polis Akademiyasının rəisi vəzifəsinə həmin Nazirliyin Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Ramiz Nağıyevin namizədliyinin təqdimatı olub.

Məlumata görə, Ramiz Nağıyev Polis Akademiyasının rəisi vəzifəsinə təsdiqlənəndən sonra onun hazırkı vəzifəsinə real namizəd Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) qərargah rəisi polis polkovniki Həzi Aslanov olacaq. Artıq H.Aslanovun ilə bağlı DİN rəhbərinə təqdimat olunub.

Hazırda isə adı çəkilən yüksək rütbəlilər öz vəzifələrini icra edirlər. Polik Akademiyasının rəisi vəzifəsi isə bir neçə günlüyə həmin Akademiyanın rəis müavini, polis polkovniki Mahir Əhmədova tapşırılıb.

Xəbər lenti

Xəbər lenti