...

NAMİZƏDLƏRİN EFİRDƏ PULSUZ TƏBLİĞATI İLƏ BAĞLI SENTYABRIN 10-DA PÜŞKATMA KEÇİRİLƏCƏK

Siyasət Materials 9 Sentyabr 2005 16:54 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) seçkidə iştirak edən namizədlərin televiziya kanallarında pulsuz təbliğatı ilə bağlı sentyabrın 10-da saat 17-00-da püşkatma keçirəcək.

Bu barədə Trend ə MSK-dan məlumat verilib. Seçki Məcəlləsinin 77.2, 80.1, 80.4, 80.5 - 80.7 və 155.3-cü maddələrinə əsasən "Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti (AzTV) və İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) kanallarında təbliğatla bağlı pulsuz efir vaxtı ayrılacaq.

Bu vaxtların və 60-dan çox dairədə namizədləri qeydə alınmış partiya və blokların bölgüsünu aparmaq məqsədilə MSK tərəfindən püşkatma keçirilir.

Seçki Məcəlləsinin tələblərinə əsasən, püşkatmada 06 noyabr 2005-ci ildə keçiriləcək üçüncü çağırış Milli Məclisə seçkilərdə iştirak etmək üçün namizədləri seçki dairələrinin 60-dan çoxunda qeydə alınmış partiyalar və partiyaların seçki blokları iştirak edə bilər.

Ona görə də bu püşkatmaya Yeni Azərbaycan və Liberal Partiyalarının, "Azadlıq" və "Yeni Siyasət" partiyalar bloklarının səlahiyyətli nümayəndələri dəvət olunublar.

Püşkatmanın keçirilməsində siyasi partiya və siyasi partiyalar bloklarının qeydə alınmış namizədləri, vəkil edilmiş şəxsləri, qanunla müəyyən edilmiş qaydada müşahidəçi statusu almış vətəndaşlar və beynəlxalq müşahidəçilər, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edə bilərlər.

Xəbər lenti

Xəbər lenti