...

AZƏRBAYCAN XİN UKRAYNANIN NOTASINA CAVAB VERİB

Siyasət Materials 28 Sentyabr 2005 16:26 (UTC +04:00)

"Ukrayna vətəndaşı Sergey Yevtuşenkonun Azərbaycan ərazisinə daxil olmasının rədd edilməsi Azərbaycan Respublikasının milli qanunvericiliyinə və beynəlxalq təcrübəyə tam uyğundur.Belə ki, AR milli qanunvericiliyində və beynəlxalq təcrübədə suveren dövlətin həmin dövlətin ərazisinə daxil olması arzuedilməz hesab edilən şəxslərin müəyyən edilməsi hüququ və səbəb göstərilmədən həmin qərarın qəbul edilməsi nəzərdə tutulur". Diplomatik mənbələrdən Trend ə bildirilib ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyinin həmin ölkənin vətəndaşı S.Yevtuşenkonun Bakıya daxil olmasının rədd edilməsi ilə bağlı təqdim etdiyi notasına AR Xarici İşlər Nazirliyinin rəsmi cavabında deyilir.

"Azərbaycan tərəfi beynəlxalq hüquq və ikitərəfli dövlətlərarası sənədlərə tam tərəfdar olduğunu təsdiq edərək Ukraynanın Bakıdakı səfirliyinin konsulluq şöbəsinin əməkdaşının S.Yevtuşenkonu dəfələrlə ziyarət etməsi üçün lazımi şərait yaradıb"-deyə AR XİN-nin cavab məktubunda deyilir.

Xatırladaq ki, Ukraynanın "PORA" hərəkatının fəalı və Ukrayna XİN-nin müşaviri S.Yevtuşenko və onunla birgə Estoniya vətəndaşı Andrey Popov Azərbaycanda və Belorusda vəziyyətə dair sentyabrın 17-də keçirilən beynəlxalq konfransın işində iştirak üçün Bakıya dəvət olunub.Binə hava limanında onları Azərbaycan sərhəd xidmətinin əməkdaşları saxlayıb. Onlarla birgə "Popa" fəallarından ikisi də saxlanılıb, amma nəticədə Yevtuşenkodan başqa onların üçü də ölkəyə buraxılıb. Bir sutka saxlanılmadan sonra o, ölkədən departasiya edilib.

Xəbər lenti

Xəbər lenti