...

ATƏT-İN DEMOKRATİK İNSTİTUTLAR VƏ İNSAN HAQLARI BÜROSUNUN MÜŞAHİDƏÇİLƏRİ: MÖVCUD QANUNVERİCİLİK BAZASI DEMOKRATİK PARLAMENT SEÇKİLƏRİNİN KEÇİRİLMƏSİNƏ İMKAN VERİR

Siyasət Materials 30 Sentyabr 2005 16:09 (UTC +04:00)

Mövcud qanunvericilik bazası Azərbaycanda demokratik seçkilərin keçirilməsinə imkan verir. Trend in xəbər verdiyi kimi, bu barədə ATƏT-in DİİHB müşahidə missiyasının sentyabrın 30-da açıqlanmış ilkin hesabatında bildirilib.

Sənəddə qeyd olunur ki, ATƏT-in DİİHB və Avropa Şurasının Venesiya komissiyasının Seçki Məcəlləsinin dəyişdirilməsi ilə bağlı təklifləri hökumət tərəfindən nəzərə alınmayıb, bu addım isə ictimaiyyətin seçki prosesinə inamını artıra bilərdi.

"SM-nin təkmilləşdirilməsi aktual məsələ olaraq qalsa da, mövcud qanunvericilik bazası demokratik seçkilər keçirmək imkanı verir", - deyə sənəddə bildirilir.

Eyni zamanda Azərbaycan cəmiyyətinin siyasi qütbləşmə prosesini gücləndirən bir sıra mənfi amillərin üzə çıxarılması faktı da təsdiqlənir.

Prezidentin "AR-də seçki praktikasının təkmilləşdirilməsi haqqında" 11 may tarixli sərəncamına baxmayaraq, bu sahədə problemlər hələ də qalmaqdadır. Əvvəlki seçkilərlə müqayisədə namizədlərin qeydiyyat məsələsində müsbət irəliləyişlər müşahidə olunub. Mərkəzi seçki komissiyası 9%-ni qadınların təşkil etdiyi 2000-dən artıq namizəd qeydiyyata alıb.

Sənəddə, həmçinin, o da vurğulanır ki, MSK qanunvericiliyə uyğun olaraq bəzi namizədləri qeydiyyata almaqdan imtina edir. MSK nəzərdə tutulmuş cədvələ uyğun olaraq texniki hazırlıq görür.

Bununla yanaşı, Azərbaycanın iki tanınmış siyasi xadimi - eks-spiker Rəsul Quliyev və keçmiş prezident Ayaz Mütəllibovun deputatlığa namizəd kimi qeydiyyata alınmaları, lakin vətənə qayıtdıqları halda cinayət məsuliyyətinə cəlb olunacaqları faktı da öz əksini tapıb.

Seçki kammpaniyasının KİV-də işıqlandırılmasına gəldikdə, bu məsələ media orqanları tərəfindən "müəyyən məhdudiyyətlərə və yanlış şərhə" uğrayıb, Azərbaycanın bütün telekanaları isə iqtidar mövqeyindən çıxış edir.

Xəbər lenti

Xəbər lenti