...

XÜSUSİ İŞÇİ QRUPU BAKI İCLASININ YEKUNLARINDAN RAZIDIR

Siyasət Materials 7 Oktyabr 2005 16:38 (UTC +04:00)
XÜSUSİ İŞÇİ QRUPU BAKI İCLASININ YEKUNLARINDAN RAZIDIR

Xəzərin hüquqi statusu üzrə Konvensiyanın işlənib hazırlanması ilə bağlı Xəzəryanı ölkələrin xüsusi işçi qrupunun (XİQ)18-ci iclası kifayət qədər məhsuldar və konstruktiv keçib. Trend in məlumatına görə, bu barədə oktyabrın 7-də XİQ-nun iki günlük iclasının yekunları üzrə keçirilən mətbuat konfransında Azərbaycan prezidentinin Xəzərin problemləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov bəyan edib.

"Biz Konvensiyanın layihə üzhərində, eləcə də onun bir sıra bəndləri üzrə irəliləyişlərə nail olmuşuq" -deyə X.Xələfov bildirib. Onun sözlərinə görə, beştərəfli danışıqlarda bir çox məsələlərdə qarşılıqlı anlaşma əldə olunub.

Biz dənizin dibinin sərhədlərə bölünməsi üzrə müəyyən müddəalarla, Xəzərin su səthindən istifadə rejimləri, qismən gəmicilik, eləcə də dənizdə hərbi fəaliyətin təhlükəsizliyinin bəzi aspektləri ilə məşğul olmuşuq. Onun sözlərinə görə, bəzi məsələlərdə tərəflərin mövqelərində müəyyən yaxınlaşma əldə olunub" - deyə X.Xələfov bəyan edib. "Biz yuxarıda göstərilən məsələlər üzrə əməkdavşlığın dərinləşdirilməsində tam qətiyyətliyik", -deyə o bildirib.

Qazaxıstanın danışıqlarda Xəzər məsələlri üzrə nümayəndəsi Erik Utembayev həmçinin danışıqlar prosesinin konstruktiv olduğun qeyd edib. Onun sözlərinə görə, danışıqlar zamanı tərəflər mövqelərin yaxınlaşması nöqtəsinə çatıblar. İranın nümayəndəsi Baharvendi məsələlərdə "böyük və müsbət" dəyişiklərin olduğunu qeyd edib və bildirib ki, bütün tərəflər konvensiya üzərində işin yaxın zamanlarda başa çatacağına nikbin baxırlar.

Rusiyanın nümayəndəsi İqor Yusupov mətndə razılaşdırılmış məsələlərin getdikcə daha çox üstünlük təşkil etdiyi bildirilir. Onun sözlərinə görə, fikir ayrılıqlarının amplitudası azalır.

XİQ-nun 18-ci iclasında növbəti iclasın Astanada keçirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti