...

Azərbaycanın xarici işlər nazirinin Yunanıstana səfərinə hazırlıq gedir

Siyasət Materials 22 Oktyabr 2005 13:13 (UTC +04:00)

Noyabrın ikinci yarısında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Yunanıstana rəsmi səfəri gözlənilir. Azərbaycanın Xarici İşlər Nazirliyindən Trend ə verilən məlumata görə, hazırda səfərə hazırlıq gedir.

E.Məmmədyarov Yunanıstanın Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə İdarəsinin rəisi Spiridon Bakasın iyunun 20-22-də Azərbaycana səfəri zamanı bu ölkəyə rəsmi səfərə dəvət alıb.

Səfər çərçivəsində hər iki ölkənin xarici siyasət idarələri arasında məsləhətləşmələrin növbəti raundu olacaq. Bu məqsədlə E.Məmmədyarov Yunanıstan prezidenti, xarici işlər naziri və parlamentin rəhbəri ilə görüşərək ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı məsələləri müzakirə edəcək, bundan başqa, regional və beynəlxalq məsələlər üzrə fikir mubadiləsi aparılacaq.

Səfər proqramını və danışıqların gündəliyini dəqiqləşdirmək üçün Azərbaycan XİN-in ekspert qrupu Afinaya səfər edəcək və E.Məmmədyarovun səfəri çərçivəsində imzalanacaq sənədlərin layihələri razılaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti