...

Xarici işlər nazirinin müavini QİƏT-nın XİN Şurasının iclasında iştirak edəcək

Siyasət Materials 27 Oktyabr 2005 18:15 (UTC +04:00)

Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev oktyabrın 28-də Kişinyovda keçiriləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri Şurasının növbəti iclasında iştirak edəcək. Bu barədə Trend ə Azərbaycanın XİN-dən məlumat verilib.

QİƏT-nın xarici işlər nazirləri Şurasının XIII iclasının gündəliyinə 15-ə yaxın məsələ daxildir. İclasda təşkilatın perspektivlərinin müzakirə olunması planlaşdırılır. İclasda AB, GUÖM və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafına, eləcə də energjetika, nəqliyyat məsələlərinə xüsusi diqqət ayrılacaq.

Xəbər lenti

Xəbər lenti