...

ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinə müraciət ediblər

Siyasət Materials 2 Noyabr 2005 14:40 (UTC +04:00)
ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinə müraciət ediblər

ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinə müraciət ediblər. Bu barədə Trend ə eksklüziv olaraq ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bildirib.

Onun sözlərinə görə, müraciətdə Minsk qrupu həmsədrlərinin dekabrın ortalarına təyin olunmuş regiona növbəti səfəri zamanı onların dövlət başçıları tərəfindən qəbul edilməsi ilə bağlı xahiş, həmçinin, həmsədrlərin dekabrın 5-6-da Lyublyanada hər iki ölkənin xarici işlər nazirləri ilə görüşmək təklifi öz əksini tapıb. "Nazirlər orada olacaq. Fikrimcə, onlar bizimlə görüşməkdən imtina etməyəcəklər. Biz hələ razılaşdırımamış bəzi məsələlərlə bağlı yeni fikirləri şərh edəcəyik", - deyə Y.Merzlyakov qeyd edib.

MQ həmsədrlərinin oktyabrın 24-25-də Vaşinqtondakı son məsləhətləşmələri ilə bağlı diplomat bildirib ki, bu, gələcək planları müəyyən etmək, həmçinin, təklifləri işləyib-hazırlamaq məqsədilə işçi qrupunun görüşü idi. "Bəzi məsələlərdə isə fikir ayrılığı qalmaqdadır", - deyə diplomat əlavə edib.

Rusiyalı həmsədr hesab edir ki, hər iki ölkənin daxili siyasi gündəliyi gərgin olduğu üçün regiona növbəti səfər dekabrın ortalarında baş tutacaq.

Xəbər lenti

Xəbər lenti