...

PKK terror təşkilatının iki üzvü Azərbaycandan Türkiyəyə ekstradisiya olunub

Siyasət Materials 1 Dekabr 2005 15:56 (UTC +04:00)

PKK terror təşkilatının iki üzvü Azərbaycandan Türkiyəyə ekstradisiya olunub. Bu barədə Trend ə İnterpolun Milli Mərkəzi Bürosundan məlumat verilib.

PKK terror təşkilatının üzvləri Kırboğa Ahmet Yusif oğlu və Edip Ateş Mehmetşahoğlu Türkiyə Respublikasının vətəndaşlarıdır. Bu şəxslər terror təşkilatının üzvü olmaqla bir neçə il ərzində öz vətənlərində müxtəlif ağır cinayət hadisələrində, o cümlədən silahlı basqınlarda iştirak ediblər. Cinayətkarların ekstradisiyası Azərbaycanın məhkəmə orqanı tərəfindən çıxarılmış qərar əsasında icra olunub.

PKK-nın digər üzvü Elif Pelitin isə yaxın günlərdə ekstradisiyası gözlənilir. Bununla bağlı məhkəmə qərarı olsa da hələlik bəzi texniki problemlər üzündən ekstradisiya baş tutmur.

Xəbər lenti

Xəbər lenti