Dekabrın 8-9-da Bakıda "Yeni Hakimiyyətlərin Milli Assosiasiyası" (YHMA) yaradılması üzrə layihənin həyata keçirilməsi üzrə İşçi Qrupun ilk görüşünün keçirilməsi planlaşdırılıb. Bu barədə Trend ə Avropa Şurasının Bakı informasiya ofisindən məlumat verilib.
İşçi qrupuna tamhüquqlu üzv kimi bələdiyyələrin 25 nümayəndəsi daxildir. Mərkəzi hakimiyyətin və QHT-nın nümayəndələri qrupun işində müşahidəçsi kimi iştirak edəcəklər.
Görüşdə məqsəd ŞHMA-nın yaradılmasının zəruriliyi barədə biliklərin artırılması və bu məsələ üzrə razılığın əldə olunması, işçi qrupun rəsmən təsis olunması, mərkəzi hakimiyyətlə institusional dialoqun yaradılması və s.-dir.
Layihə Norveç hökumətinin, Avropa Şurasının yerli və regional hakimiyyətlər Konqresinin, Yerli və regional hakimiyyətlər Norveç Assossiasiyasının maliyyə və texniki dəstəyilə reallaşdırılır.