...

AQB-nin əlavə seçkilərə qatılması Seçki Məcəlləsinə ediləcək dəyişikliklərdən asılı olacaq

Siyasət Materials 28 Dekabr 2005 15:29 (UTC +04:00)

"Azərbaycançı Qüvvələr Blokunun (AQB) əlavə seçkilərdə iştirakı Seçki Məcəlləsinə ediləcək dəyişikliklərdən asılı olacaq". Bu barədə Trend ə AQB-nin mətbuat xidmətinin rəhbəri Akif Heydərli bildirib.

Qeyd edək ki, bu barədə qərar dekabrın 28-də AQB-nin Şura üzvlərinin keçirdiyi toplantısında qərara alınıb. Toplantıda İslam, Birlik və Milli Dirçəliş partiyalarının rəhbərləri iştirak ediblər.

Toplantıda ATƏT-in Minsk Qrupunun fəaliyyəti də müzakirə olunub. AQB üzvləri bildiriblər ki, Dağlıq qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Münaqişənin olduğu sərhədlərdə sülhməramlı qüvvələrin yerləşdiriləcəyi ilə bağlı məsələ də müzakirə olunub. Blok vurğulayıb ki, belə qüvvələr yalnız Ermənistan-Azərbaycan sərhədlərində yerləşdirilməlidir.

Xəbər lenti

Xəbər lenti