...

İnterpol xətti ilə axtarışda olan azərbaycanlı Yaponiyada həbs edilib

Siyasət Materials 18 Yanvar 2006 16:16 (UTC +04:00)

İnterpol xətti ilə axtarışda olan Astara rayonu, Ərçivan kənd sakini Murad Əliyev Yaponiyada həbs edilib. Bu barədə Trend ə İnterpolun Milli Mərkəzi Bürosunun rəisi Mədət Quliyev məlumat verib.

M.Quliyevin sözlərinə görə, Murad Əliyev qəsdən adamöldürmə cinayətinə görə axtarışda olub. M.Əliyevin qardaşı Mahmud Əliyev də hazırda İnterpol xətti ilə axtarışdadır və artıq onun da gizləndiyi yer müəyyənləşdirilib. Məlumata görə, Mahmud Əliyev də Yaponiyada gizlənir.

Hazırda isə Murad Əliyevin Azərbaycana gətirilərək istintaqa cəlb edilməsi üçün bir sıra müvafiq sənədlər hazırlanır. M.Quliyev onun yaxın günlərdə Azərbaycana ekstradisiyasının baş tutacağını söyləyib.

M.Quliyevin bildirdiyinə görə, axtarışda olan və müxtəlif ölkələrdə gizləndiyi ehtimal olunan 120 cinayətkardan 24-nün yeri İnterpol tərəfindən müəyyən edilib və onların tutularaq Azərbaycana ekstradisiya olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti