...

Azərbaycan Xalq Cəbhəsi Partiyası (klassiklər) qurultayını aprel ayında keçirə bilər

Siyasət Materials 19 Yanvar 2006 14:08 (UTC +04:00)

"Gələn həftə Azərbaycan Xalq Cəbhəsi Partiyası (klassiklər) İdarə Heyətinin iclasında Ali Məclisin toplantısının vaxtı müəyyənləşdiriləcək". Bu barədə Trend ə adıçəkilən partiyanın Ali Məclisinin sədri Zəlimxan Məmmədli bildirib.

Ali Məclisdə partiyanın növbəti qurultayı ilə bağlı müzakirələrin aparılacağını deyən Z.Məmmədli bildirib: "Partiyanın adının dəyişdirilməsi məsələsi də gündəmdədir. Ali Məclis yalnız qurultaya bununla bağlı təklif verə bilər". Ad məsələsində müxtəlif variantların olduğunu söyləyən Z.Məmmədli partiyanın ideoloji xəttini əks etdirən adların birinə üstünlük veriləcəyini bildirib.

Onu da bildirək ki, partiyanın Demokratik Azərbaycan Xalq Cəbhəsi Partiyası adlanacağı da istisna edilmir.

Ali Məclisin sədri qurultayın təxminən aprel ayında keçiriləcəyini deyib.

Xəbər lenti

Xəbər lenti