...

Azərbaycan prezidenti Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Heyki Talvitiyeni qəbul edib

Siyasət Materials 26 Yanvar 2006 21:10 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 26-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Heyki Talvitiyeni qəbul edib. Trend bildirir ki, Heyki Talvitiye Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi kimi Azərbaycana sonuncu dəfə səfər etdiyini qeyd edib.

O, Azərbaycana ötən səfərləri zamanı xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşlərini məmnunluqla xatırlayıb. Qonaq deyib ki, onun fəaliyyətə başladığı vaxtdan keçən dövr ərzində Azərbaycanda həqiqi inkişafın və Azərbaycana olan diqqətin durmadan artdığının şahidi olub.

Heyki Talvitiye qeyd edib ki, Azərbaycan ilə Aİ arasındakı əlaqələr daim genişləndirilir.O, həm də qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. H.Talvitiye deyib ki, prezident İlham Əliyevin Avropa ölkələrinə, o cümlədən Brüsselə səfərləri uğurlu keçib və qeyd edib ki, bu səfərlər ölkəmizin Avropaya inteqrasiyası işində mühüm rol oynayır.

Dövlətimizin başçısı Heyki Talvitiyeyə Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi qismində keçirdiyi fəaliyyətə, Azərbaycanla Aİ arasındakı əməkdaşlığın inkişafına verdiyi töhfəsinə görə təşəkkürünü bildirib. İ. Əliyev əmin olduğunu bildirib ki, Azərbaycan ilə Aİ arasındakı əlaqələr gələcəkdə də inkişaf etdiriləcək.

Xəbər lenti

Xəbər lenti